Yaxın gələcəkdəTürkiyə, Rusiya vəİranSuriyadakı vəziyyəti həll etmək üçün Astanaformatındanazirlər səviyyəsində görüş keçirəcək.
Demokrat.az xəbər verir ki, bu barədəTürkiyənin xarici işlər naziriHakanFidanməlumat verib.
Fidanın sözlərinə görə, o, artıq rusiyalı həmkarı Sergey LavrovlaAstana prosesinin bərpasını müzakirə edib. Yaxın vaxtlarda format yenidən təşkil olunacaq.
Noyabrın 28-də CNN telekanalıSuriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyinibildirib.
Kanalın məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra vəƏncarşəhərlərini ələ keçiriblər.
Əfsanə Kamal Demokrat.az


