Dünyanın ən zəngin adamlarından biri Qautam Adani 1 gündə 1,9 trilyon pul itirib.
Demokrat.az xəbər verir ki, fırıldaqçılıq ittihamlarından sonra holdinq birjada rəsmi olaraq çöküb.
Hindistanda yerləşən Adani Group ABŞ-ın fırıldaqçılıq iddialarından sonra birjada böyük itkilərə məruz qalıb. Çərşənbə günü açıqlama verən şirkət, iddialardan sonra 11 şirkətin 55 milyard dollar zərər çəkdiyini açıqladı.
Holdinqin sahibi Qautam Adaninin 250 milyon dollarlıq rüşvət şəbəkəsində iştirak etdiyi iddia edilib. ABŞ prokurorlarının dərc etdiyi iddianamədə Adani Group və tərəfdaşlarının beynəlxalq investorları qəsdən çaşdırdığı bildirilir.
Adani və onun şirkət ortaqları onlara qarşı bu ittihamları rədd ediblər.
Əfsanə Kamal
Demokrat.az