Ukrayna Gürcüstanda müxalifətin etiraz aksiyalarına dəstək verib

DÜNYA 29 noyabr 2024, 21:31
Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanda müxalifətin son etirazlarını dəstəkləyib, dinc aksiyaya qarşı güc tətbiqini pisləyib. Demokrat.az xəbər verir ki, bu barədə diplomatik departamentin saytında yerləşdirilən məlumatda deyilir.

“Gürcüstanda daxili siyasi vəziyyətin gərginləşməsi oktyabrın 26-da keçirilən parlament seçkilərində çoxsaylı pozuntuların nəticəsidir. Beynəlxalq müşahidəçilər tərəfindən qeydə alınan bütün pozuntular araşdırılmalı və təqsirkarlar məsuliyyətə cəlb edilməlidir”,- deyə bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna Gürcüstanın  Aİ- yə üzvlüklə bağlı danışıqları dayandırmaq qərarından məyusdur. Bunu Moskvanın xoşuna gəlmək üçün ölkədə demokratik proseslərin ləngiməsi  adlandırıblar.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:01
Top