“KTMT Qarabağda Ermənistan üçün döyüşməməli idi” — Putindən ŞOK ETİRAF

DÜNYA 28 noyabr 2024, 22:46
“Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağdakı böhranın nəticələri diktə edir”.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda keçirilən Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistan tərəfinin iştirak etməməsini jurnalistlərə şərh edərkən deyib.

O əlavə edib ki, KTMT Qarabağda Ermənistan üçün döyüşməməli idi, bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmayıb.

Rusiya Prezidenti həmçinin bəyan edib ki, Ermənistan təşkilatdan çıxdığını bəyan etməyib və İrəvanın KTMT-də tam hüquqlu işə qayıtması ehtimalı qalmaqdadır.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə ölkənin KTMT-də iştirakını dondurduğunu bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top