Xəstəxanaya yerləşdirilən Xalq artistindən xəbər var

ŞOU-BİZNES 28 noyabr 2024, 16:23
Azərbaycanın tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyevin bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

Bu barədə Xətai Tibb Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Xalq artisti noyabrın 15-də Mərkəzin Reanimasiya şöbəsinə qəbul edilib.

"Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin edilib. Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda vurğulanıb./APA

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 noyabr 2024, 17:59
Top