​TikTok bu şəxslər üçün gözəllik filtrlərini qadağan edir — Əsl üzləri ortaya çıxacaq

SOSİAL MEDİA 27 noyabr 2024, 19:38
TikTok gənclər üçün gözəllik filtrlərini qadağan edir.

Şirkət psixi sağlamlığı qorumaq məqsədilə belə qərar verib. Yeni qaydalarla yaşı 18-dən aşağı olan istifadəçilər gözlərini böyüdən, dodaqlarını dolğunlaşdıran və dəri tonunu dəyişən filtrlərdən istifadə edə bilməyəcəklər. Lakin dovşan qulaqlar və ya it burunları kimi gülməli filtrlər qadağaları əhatə etmir. Gözəllik filtrlərinin, real həyatda xüsusilə gənc qızlar üzərində mükəmməl fiziki görünüşə sahib olmaq üçün təzyiq yaratdığı deyilir. Bu vəziyyət psixoloji problemlər yaradıb. Bildirilir ki, gənclər filtrdən istifadə etdikdən sonra əsl üzlərinə baxanda özlərini çirkin hesab edirlər.

Bundan əlavə, 13 yaşdan kiçik istifadəçilərin platformaya daxil olmasının qarşısını almaq üçün süni intellektə əsaslanan yoxlama sistemləri işə salınır. Məlumatda deyilir ki, bu addımlar ciddi qaydalara riayət etmək üçün həyata keçirilən tədbirlərin bir hissəsidir. (Metbuat.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:01
Top