19 noyabr 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli şəhərində 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə södürülüb. Yanğın nəticəsində ümumi sahəsi 100 kv.m. olan 3 otaqlı mənzilin 1 otağı 16 kv.m sahədə yanıb, mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğınsöndürənlər tərəfindən 2-si uşaq olmaqla 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. (unikal)