Deputat monopolistlərdən danışdı: "Öz imkanlarından istifadə edib..."

SİYASƏT 26 noyabr 2024, 13:49
"Bir sıra sahələri çıxmaq şərti ilə, monopolistlər hansı sahədə gəlir görürüsə, ora əl qoyur".

Bunu Milli Məclisin iclasında büdcə müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

"Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, haqsız rəqabət bizim üçün böyük yaradır. Monopolistlər öz imkanlarından istifadə edərək müxtəlif üsullarla rəqiblərini sıradan çıxarırlar. Bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, ora əl qoymağa çalışırlar və fərqində deyirlər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanından məhrum edilir. Ona görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gəlir. Korrupsiyaya qarşı müzabirə gücləndirilməlidir", deyə deputat vurğulayıb. (Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top