Ayan ilk dəfə sevgilisindən danışdı

ŞOU-BİZNES 25 noyabr 2024, 21:10
Müğənni Ayan Babakişiyeva şəxsi həyatı ilə bağlı danışıb. 

OLAY yazır ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib.  O bildirib ki, həyatındakı şəxs ona güvən verir: 

“Sənətlə məşğul olanda, hansısa layihə təqdim etməyə hazırlaşanda çalışıram ki, şəxsi həyatımda problem olmasın. Elə insanam ki, şəxsi həyatım hər gün dəyişmir, rutindir, stabildir. Məni tanıyan insanlar bilirlər ki, illərdir belədir və çox xoşbəxtəm. Amma olur, məsələn efirdən öncə əsəbiləşmişdim, ona görə, yarım saat gecikdim. Sakitləşdim, sonra evdən çıxdım. Əsəbi halda gəlsəydim də... Mənim bir xasiyyətim var, çalışıram ki, həyatımda nə baş verirsə, dostlarıma bildirməyim. Bilirəm ki, həyatımda olan insan da mənim kimi dəlidir, bir saat sonra barışacağıq, mənim neqativim səndə qalacaq. Sevgisi və güvəni ilə həyatımı dəyişib. Həddən artıq etibarlı insandır. Qadağalarla aram pisdir. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 noyabr 2024, 22:54
Top