“Bəzi dini mövzularda elmin naliyyətlərindən, müasir texniki vasitələrdən istifadə etməyə normal yanaşıram.Bu sadəcə şəxsi fikrim deyil. Məsələn, kəbin üçün tərəflərin ad soyadının və mehriyyənin miqdarının qeyd olunması bəs edir. Buna icazə var. Kimsə ölən yaxınına Quran ayələrinin savabını göndərmək istəyirsə, din xadiminə öz mərhum yaxınının adını göndərə bilər ki, ayə oxunub, savab göndərilsin. Quranda dua oxuyub savab göndərməklə bağlı ayə var”.
Bu sözləri Demokrat.az-a ilahiyyatçı Fazil Əhmədov deyib:
“Bəzi qəbrlərə QR kod yerləşdirilir. QR kod telefonla oxudularaq ölən şəxsi həyatı ilə tanış ola bilir. Bu əsas budur ki, haram deyil. Sadəcə şərt yoxdur ki, bunu hamı etməlidir. Hansısa texnologiya vasitəsi işləri asanlaşdırıb dinin möhtəviyyatına dəymirsə, onu etmək olar”.
O bildirib ki, dini xidmətə görə xidmət haqqının (kəbin, yasin oxutmaq və.s) kart vasitəsi ilə edilməsində də problem yoxdur:
“Din də buna problemli baxmır. İslam alimləri hər zaman elm və texnologiyanın yanında olublar. Hər zaman elmin uğurlarının İslami mövzularda da istifadə olunmasının tərəfdarı olublar. Etiraf etməliyəm ki, bəzi din xadimləri var ki, bunlar haqda mənfi fikirlər bildirib sonradan başa düşüblər ki, texnologiyanın İslamın möhtəviyyatına heç bir təsiri yoxdur”.
Əfsanə Kamal
Demokrat.az