"Anam öləndən sonra qapıma gəldilər, bağışladım"

ŞOU-BİZNES 25 noyabr 2024, 17:50
"Qardaşımla heç bir əlaqəm yoxdur. Onunla danışmağımız mümkün deyil".

Demokrat.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva "Bizimləsən" verilişində deyib.

Qardaşıyla əlaqələri kəsilən müğənni onu məhkəməyə verməsindən danışıb.

O bildirib ki, onların arasındaki bu soyuq münasibət anası vəfat edəndən sonra başlayıb:

"Anam rəhmətə gedəndən sonra məni ləyaqətsiz vərəsə kimi məhkəməyə verdi. Anam öləndən sonra qapıma gəldilər, bağışladım. Bilmədim ki, pambıqla baş kəsirlər. Təşəkkür edirəm, məhkəmə iddianı qəbul etmədi. Bizim barışığımız mümkün deyil. İnsan kənardan özünü qoruya bilir, amma ağacı qurd içindən yeyər. Özününkü sənə arxadan zərbə vuranda heç nə edə bilmirsən".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 noyabr 2024, 18:05
Top