Almaniyanın federal kansleri Olaf Şolts almanlara Berlini Rusiya ilə birbaşa hərbi toqquşmadan saxlamağa və Ukraynaya gələcək dəstəklə bağlı ehtiyatlı olmağa söz verib.
Demokrat.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Agentliyin qeyd etdiyi kimi, kansler qarşıdan gələn seçkilər fonunda özünü və partiyasını müxalifətdən ayırmağa çalışaraq bildirib ki, Almaniya Ukraynanı dəstəkləmək vədinə sadiq qalmasına baxmayaraq, münaqişənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısını almaq vacibdir.
Şolts çıxışında özünü millətin ağıllı və ehtiyatlı müdafiəçisi kimi göstərib.
“Bir çox insan Avropada təhlükəsizlik və sülhdən narahatdır. Hər kəsin etibar edə biləcəyi istiqamət təyin etməyimiz vacibdir”- deyə o, bildirib.
Əfsanə Kamal
Demokrat.az