Yeni Zelandiyada göy öskürək epidemiyası elan edilib

DÜNYA 22 noyabr 2024, 15:40
Yeni Zelandiyanın Səhiyyə Nazirliyi ölkədə göy öskürək epidemiyası elan edib.

Demokrat.az
xəbər verir ki, son bir ay ərzində 260-dan çox yeni xəstəliyə yoluxma faktı aşkarlanıb. Bu barədə idarənin saytında bildirilir:

"Xəstələnənlərin sayı bir neçə həftədir ki, ölkə daxilində davamlı olaraq artır və indi milli epidemiya elan edəcək səviyyəyə çatıb".

Səhiyyə Nazirliyinin mütəxəssislərinin fikrincə, ən çox yeni doğulmuş uşaqlar göy öskürəyə həssasdır.

Göy öskürək tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyidir, onun ən xarakterik əlaməti paroksismal spazmodik öskürəkdir. İki yaşdan kiçik uşaqlar üçün son dərəcə təhlükəlidir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top