Ermənipərəst mətbuatın Moskvadakı azərbaycanlı tələbələrlə bağlı çirkin planı iflasa uğradı — VİDEO

REGİON 22 noyabr 2024, 12:22

Rusiya Federasiyası İstintaq Komitəsi Rusiya Federasiyası hökuməti yanında Maliyyə-Hüquq Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib. 

Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. 

"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə ekstremizm hərəkətləri iddia olunan videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazidd hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək", - məlumatda qeyd olunub. 

Qeyd edək ki, noyabrın 16-da teleqram kanallarında Moskva Maliyyə və Hüquq Universitetində Azərbaycan bayraqlı gənclərin qanunsuz şüarlar səsləndirdiyi iddia edilən video yayılıb.

Ermənilərin teleqram kanalları azərbaycanlı gənclərin guya "Allahu əkbər", "Rusları qırın" şüarları səsləndirmələri barədə feyk məlumatlar yayıblar. Feyk informasiya sürətlə sosial şəbəkələrin Rusiya seqmentində və yerli mediada yayılmağa başlayıb. İstintaq Komitəsi terror fəaliyyətinə açıq çağırışlar maddəsi ilə cinayət işi açıb. 

Lakin məlum olub ki, hadisə noyabrın 14-də Rusiya hökuməti yanında Maliyyə Universitetində baş verib.

Belə ki, təhsil ocağında "Mənim vətənim: böyük və kiçik" adlı festival keçirilib. Festival bitəndən sonra Moskva Maliyyə və Hüquq Universitetinin tələbələri əllərində Azərbaycan bayraqları “Yaşasın Azərbaycan” şüarları qışqıraraq universitetin pilləkənlərindən düşüblər. Bu zaman onların bu hərəkəti videoya çəkilib. İki gün sonra noyabrın 16-da həmin videogörüntü sosial şəbəkələrdə yayılmağa başlayıb. Erməni mətbuatı guya azərbaycanlı gənclərin ekstremist şüarlar səsləndirdiklərini iddia ediblər.  (Bizim.Media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top