Elektrik təchizatı şəbəkəsinə qoşulmada vəziyyət necədir?

SOSİAL 22 noyabr 2024, 11:25
İqtisadi sahədə keçid dövrünü başa vuran ölkəmizdə infrastruktur layihələrin inkişafının yeni mərhələsi uğurla davam edir. Dövlətin əsas vəzifələrindən biri kimi mütərəqqi islahatlar həyata keçirməklə, bu prosesdə hər bir vətəndaşın iştirakını təmin etməkdir. Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericiliyin təkmilləşdirilməsi, elektron dövlət xidmətləri barədə zəruri məlumatların maraqlı tərəflərə çatdırılması prioritet məqsədlərdən biri hesab edilir.

“Azərişıq” ASC tərəfindən elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə müraciətlərin informasiya sistemi, birbaşa, poçt və elektron poçt vasitəsilə həyata keçirilməsi isteklakçı məmunluğunu yüksəldən cəhətlərdəndir. Elektrik təchizatı şəbəkəsinə qoşulma prosesində “Azərişıq” ASC-də abonentlərin müraciətlərinin operativ qaydada təmin edilməsi əsas öhdəliklərdən biri hesab edilməklə, xidmət keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması müvəffəqiyyətlə təmin edilir. Elektrik təchizatı sahəsində maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması istiqamətində bütün zəruri məlumatlar, o cümlədən şəbəkəyə qoşulma ilə bağlı yeni qaydalar, elektron xidmətlər, qoşulma kalkulyatoru, gərginlik barədə məlumatlara “Azərişıq” ASC-nin rəsmi internet səhifəsidə geniş yer ayrılıb. 

Elektron Hökumət Portalında ümumi siyahıda “Azərişıq” ASC-nin vətəndaşlar və sahibkarlar üşün təqdim edilən abonent kodunun passiv və aktiv olunması üçün müraciətlərin qəbulu, abonentin geniş tarixçəsinin verilməsi, borcun araşdırılması və borcun olmaması barədə sənədin verilməsi, coxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması, elektrik təchizatı sistemlərinin layıhələndirilməsi və quraşdırma işləri, enerji təchizatı şəbəkəsinə qoşulma, istehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, əhali və qeyri-əhali istehlakçılarının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, ödənişlərin bərpası, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, smart kartların bərpası və yenisinin verilməsi, yük hesabatının hesablanması, enerji haqlarının internet vasitəsi ilə ödənilməsi kimi xidmətlər digər qürumlardan fərqli olaraq elektron xidmətlərin ən genişhəcmlisi hesab edilə bilər.

Biznes mühitinin müxtəlif sahələrinin tənzimləyici çərçivələri məlumatların qorunması, maliyyə hesabatları və elektron xidmətlərlə bağlı fəaliyyətin operativliyinin təmin edilməsində mühüm rol oynayır. Qeyd olunan tənzimləyici çərçivələr ölkəmizdə vətəndaşlar və sahibkarlara elektrik təchizatı şəbəkəsinə qoşulmada operativliyin təmin edilməsi,  əlverişli biznes mühitinin təmin olunmasına dəstək, biznes mühitinin müxtəlif sahələrində riskləri idarə etmək, normativ-hüquqi bazayaya uyğun olaraq həssas məlumatları qorumağa kömək edən strukturlaşdırılmış təlimatlar təqdim edir.

Yalçın Köçərli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 22:53
Top