Binalarda yeni isitmə sisteminə keçidlə bağlı iş aparılır

SOSİAL 20 noyabr 2024, 13:57
Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı iş aparılır.

Demokrat.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, "Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır:

"Ancaq qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada da böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır. Bununla bağlı bəzi təkliflər var, hazırda üzərində iş gedir”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
12 dekabr 2024, 20:37
Top