Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyev və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar. BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransı (COP29) çərçivəsində keçirilən görüşdə tədbirin uğurlu təşkilinin dünya miqyasında rezonans doğurduğu qeyd olunub. Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələrinin böyük potensiala malik olduğu və daha da inkişaf etdirilməsinin və qarşılıqlı turist səfərlərinin artırılmasının vacibliyi vurğulanıb.
Turizm eksperti Cabir Dövlətzadə Demokrat.az-a açıqlamasında deyib ki, bu anlaşma hər iki tərəfə böyük uğur gətirəcək:
“Çünki hər iki dövlət “bir millət, iki dövlət” anlayışı ilə hərəkət edir. Azərbaycan xarici bazara çıxarkən üstünlük verilən ilk ölkə Türkiyə olur, Türkiyə bazarında Azərbaycan öz yerini tutub. Türkiyə də artıq Avropadan Azərbaycana istiqamətlənib. Ölkəmizin təbliğatı getdikcə artmaqdadır. Bu da türkiyəli turistlərin Azərbaycan bazarına tələbatının artmasına gətirib çıxarıb. Bu anlaşma Türkiyə vətəndaşlarının Azərbaycanı daha yaxından kəşf etməsinə yardımçı olacaq. 4 ildən çoxdur bu davam edir, bu il daha da yüksək səviyyədə özünü göstərir. Bu sazişin Azərbaycan turizminə xeyli töfhələri olacaq. Ümid edirik ki, növbəti illərdə türkiyəli turistləri Azərbaycanın turizm bazarında ön sıralarda görəcəyik”.
Törə Zeynallı
Demokrat.az