Türkiyənin Hatay bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı yerin altında qədim ibadətgah aşkarlanıb. Qazıntılar zamanı yerin təxminən 5 metr dərinliyində aşkar olunan ibadət yeri salamat qaldığı üçün hamının diqqətini çəkib.
Demokrat.az NTV-yə istinadən xəbər verir ki, tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi edən Hatay tarixi və mədəni xüsusiyyətləri ilə tanınır. Episentri Kahramanmaraş olan zəlzələlər nəticəsində dağılan Antakya vilayətində dağıntılardan sonra qədim tarix üzə çıxmağa davam edir. Antakyanın Ulucami Məhəlləsində, 2 mərtəbəli taxta evlərin yerləşdiyi ərazidə dağıntılar altından qədim dövrlərə aid tarixi tikililər tapılıb. Təxminən yerin 5 metr altında yerləşən tikilinin qədim zamanlardan bəri “şapel” adlanan və xristianlara aid olan ibadət yeri olduğu ehtimal edilir.
Arxeoloq Kamal Qorxmaz şəhərin tarixi quruluşuna və sivilizasiyalar şəhəri olduğuna diqqət çəkərək, səyahət etməyi xoşladığını deyir: "Belə tarixi tikililəri araşdırmağı xoşlayıram. Zəlzələdən əvvəl burada binalar olub. Zəlzələ nəticəsində binalar uçub. Binaların dağıntılarının altındaa bu tarixi tikili aşkar edilib. Hatayın hər yerində tarixi tikililər və əsərlər var. Bu yerlər kəşf olunmağı gözləyir", - deyə Qorxmaz bildirib.
Törə Zeynallı
Demokrat.az