Azərbaycanlı xanım blogerdən kobud qayda pozuntusu — Ayağı göydə, kəməri də yox (VİDEO)

SOSİAL 14 noyabr 2024, 14:29
Azərbaycanlı xanım bloger sükan arxasında qaydaları pozaraq özünü videoya çəkib. Avtosfer.az xəbər verir ki, Günay Mehdiyeva adlı bloger qeydə aldığı həmin videonu sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, o, idarə etdiyi 77-GM-053 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə hərəkət edən zaman təhlükəsizlik kəmərindən istifadə etməyib. Eyni zamanda bir ayağını yuxarı qaldıraraq sükan arxasında düzgün oturmayıb.

Dəfələrlə sürücülərin nəzərinə çatdırmışıq ki, sükan arxasında düzgün oturaraq təhlükəsizlik kəmərindən istifadə etmək lazımdır. Əks halda qəza zamanı sürücü sükana nəzarəti itirə bilər, eyni zamanda daha ağır xəsarətlər ala bilər.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
04 dekabr 2024, 10:01
Top