Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub

COP29 13 noyabr 2024, 12:00
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı və keçirilməsini yüksək qiymətləndirib.

Bu barədə “Report”a açıqlamasında Qırğızıstan Prezidenti COP29-un təşkilat səviyyəsi ilə bağlı suala cavabında bildirib.

"Çox yaxşı, ən yüksək səviyyədə", - S.Japarov vurğulayıb.

Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov xanımı Aygül Japarova ilə birlikdə noyabrın 11-də COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Qırğız Respublikasının birinci xanımı Aygül Japarova noyabrın 12-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın himayəsi altında COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top