Tramp İlon Maska vəzifə verdi

DÜNYA 13 noyabr 2024, 09:22
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskı və mühafizəkar fəal Vivek Ramasvamini Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edib.

Demokrat.az bu barədə “CNN”ə istinadən xəbər verir.

“Bu iki böyük amerikalı birlikdə mənim Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaq”, - Tramp açıqlamasında bildirib.

O qeyd edib ki, Mask və Ramasvami hökumətdən kənar məsləhətlər və təlimatlar verəcək, geniş miqyaslı struktur islahatları aparmaq və hökümətdə indiyə qədər görülməmiş sahibkarlıq yanaşması yaratmaq üçün Ağ Evin İdarəetmə və Büdcə Ofisi ilə əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Vivek Ramasvami Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri idi. O, Respublikaçıların namizədi ilə bağlı keçirilən seçkilərdən sonra geri çəkilərək Donald Trampı dəstəkləyəcəyini açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top