Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə "İqlim dəyişikliyində ekoloji böhranın rolu Qarabağ nümunəsində” Bişkek Konfransı baş tutub.
Demokrat.az xəbər verir ki, Qırğızıstanın Türkiyə - Qırğızıstan Manas Universitetində baş tutan konfrans ekoloji mövzulara həsr edilib.
Tədbiri giriş sözü ilə açan Manas Universitetinin rektoru professor Alpaslan Ceyhan qonaqları salamlayıb və rektoru olduğu universitet haqda ətraflı məlumat verib.
O bildirib ki, Manas Dövlət Universiteti ekoloji mövzulara hər zaman geniş yer ayırır.
Daha sonra universitetin professoru, rektor vəkili Almaz İbrayev, dosent Nurzat Totubayeva çıxış edib.
Tədbirdə daha sonra "Gəncliyin Sosial İqtisadi İnkişafını Yardım” İctimai Birliyinin sədri Əfsələddin Ağalarov çıxış edib.
O bildirib ki. 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili” elan olunub və Azərbaycan COP-29 kimi mötəbər tədbirə ev sahibliyi edir.
Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, COP-29 öncəsi Azərbaycana qarşı dünya mediasında dezinformasiya kampaniyası aparılıb. Ancaq Azərbaycana mötəbər tədbirə ən yüksək səviyyədə hazırlaşıb və bütün bu kampaniyalar heç bir nəticə verməyib.
Daha sonra çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı COP-29-a ev sahibliyi edən Azərbaycanın yaşıq iqtisadiyyata keçid üçün gördüyü işlərdən danışıb.
Tədbirdə çıxış edən "İpək Yolu” təşkilatının sədri Seyfullah Türksoy Azərbaycan və Qırğızıstanın zəngin ekosistemi olduğunu deyib.
Tədbir universitetin akademik heyətinin çıxışları ilə davam edib. (Azxeber)