İSTİSU COP29-da — Azad bölgənin mesajı

SOSİAL 11 noyabr 2024, 16:40

Bu gün 11-22 noyabr tarixlərində keçiriləcək COP29 beynəlxalq tədbirinin açılış mərasimi keçirilir. Mərasim zamanı ən diqqət çəkən məqamlardan biri isə iştirak edən qonaqların qarşısına məhz işğaldan azad olunan Kəlbəcərdə istehsal edilən “İstisu” sularının qoyulması olub.

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Kəlbəcərin sabiq deputatı Aqil Məmmədov bildirib ki, yalnız bu tədbirdə deyil, ölkə başçısı xarici qonaqları qəbul edəndə də onların qarşısında hər zaman yerli istehsal olan sular qoyulur:

“Bu görüşlərdə ən çox işlənilən Naxçıvan suları (Sirab, Badamlı) olur. Bunların hamısı xüsusi önəm daşıyır. Həmin suların oraya qoyulması bəlkə də qonaqların diqqətini cəlb etmək, bu suların dövriyyəsinin genişləndirilməsi istiqamətində atılan addımlardan biridir. Mən bu addımı hər zaman alqışlayır və bu kimi halları görəndə çox sevinirəm. Cənab Prezidentə öz minnətdarlığımı bildirirəm”.

A.Məmmədov qeyd edib ki, bu gün tədbirdə qonaqların qarşısına da məhz “İstisu” sularının qoyulması bu məhsulu beynəlxalq müstəviyə çıxarmaq üçün vacib addımdır:

“COP29-da 100-dən çox dövlətin nümayəndələri iştirak edir. İşğaldan azad olunmuş bölgələrimizin suyunun orada təqdim edilməsi həm qonaqpərvərliyimizin nümunəsidir. Bununla yanaşı bu addım dünya səviyyəsində tanınmış sularımızın xarici bazarlara çıxarılmasına mesaj kimi qəbul etmək olar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top