DİN Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb — FOTO

HADİSƏ 10 noyabr 2024, 14:17

Daxili İşlər Nazirliyi Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.

Demokrat.az xəbər verir ki, “X” sosial şəbəkəsində İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı növbəti dezinformasiya yayılıb.

Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, öz növbəsində, həmin paylaşıma cavab olaraq bildirib ki, bu məlumat həqiqəti əks etdirmir.

“Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”, - deyə DİN-dən bildirilib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 noyabr 2024, 10:14
13 noyabr 2024, 08:30
Top