ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçıb

DÜNYA 07 noyabr 2024, 20:46
ABŞ-ın Cənubi Karolinada tədqiqat mərkəzindən 40 eksperimental meymun qaçıb.

Demokrat.az
xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

"Polis çərşənbə günü axşam Cənubi Karolina ştatında tədqiqat müəssisəsindən qaçan 40 meymunun ardından axtarış aparır", - deyə məlumatda deyilir.

Polis yerli sakinləri meymunların evlərinə girməməsi və onlarla təmasda olmamaq üçün qapı və pəncərələri bağlı saxlamağa çağırıb.
Heyvanların kliniki sınaqlar, o cümlədən beyin xəstəliklərinin müalicəsi üçün meymunlarla işləyən Alpha Genesis şirkətinin tədqiqat mərkəzindən qaçdığı qeyd edilir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top