"KVN Azərbaycan dramaturgiyasını çökdürdü"

ŞOU-BİZNES 05 noyabr 2024, 20:45
Rejissor Aqil M.Quliyev "Günə bax" verişində qonaq olub.

Axşam.az xəbər verir ki, rejissor hazırda vətəndaşlarımızın müasir filmlərimizi kinoteatrlarda izləməməsinin səbəbini belə izah edib:

"İndiki dövrdə kinoteatrlara getməməyə səbəb ona görə oldu ki, iki fəlakət baş verdi. KVN Azərbaycan dramaturgiyasını bir tərəfə çökdürdü, indiyə kimi özünə gələ bilmir. Və bir də toylar. Biz müğənnini dinləmək üçün zala gedirdik və hörmətlə, səs salmadan dinləməli idik. O ifasını bitirəndən sonra əl çalaraq minnətdarlıq bildirirdik və çıxıb gedirdik. İndi isə nə baş verir? Oturmuşuq, masada lülə və tikə kabab. Səhnədə isə müğənni oxuyur. Tam başqa formata gəlmişik. Məsələn, teatrda bir səhnənin metr yarım hündürlüyü varsa, müğənni hardasa əlçatmazdır. İndi isə o sərhəd yoxdur, pozulub. Gəlirəm və görürəm ki, müğənni oxuyur. Ona sifariş verirəm ki, filan şeyi oxu da. Dinləmə mədəniyyətimiz artıq dəyişib".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top