Rejissor Aqil M.Quliyev"Günə bax" verişində qonaq olub.
Axşam.az xəbər verir ki,rejissor hazırda vətəndaşlarımızınmüasir filmlərimizi kinoteatrlarda izləməməsininsəbəbini belə izah edib:
"İndiki dövrdə kinoteatrlara getməməyə səbəb onagörə oldu ki,iki fəlakət baş verdi. KVN Azərbaycan dramaturgiyasını bir tərəfəçökdürdü, indiyə kimi özünə gələ bilmir. Və bir də toylar. Bizmüğənnini dinləmək üçün zala gedirdik vəhörmətlə, səs salmadan dinləməli idik. O ifasını bitirəndən sonra əl çalaraq minnətdarlıq bildirirdik vəçıxıb gedirdik. İndi isə nə baş verir? Oturmuşuq, masada lülə və tikə kabab. Səhnədə isə müğənni oxuyur. Tam başqa formata gəlmişik. Məsələn, teatrdabir səhnənin metr yarım hündürlüyü varsa, müğənni hardasa əlçatmazdır. İndi isə o sərhəd yoxdur, pozulub. Gəlirəm və görürəmki, müğənni oxuyur. Ona sifariş verirəm ki, filan şeyi oxu da. Dinləmə mədəniyyətimiz artıq dəyişib".


