“Rusiyanın Kursk vilayətində artıq 11 min Şimali Koreya əsgəri var”.
Demokrat.az “İnterfaks-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna kəşfiyyatının məlumatlarına əsasən bildirib.
“Bu gün Şimali Koreyanın Rusiya ərazisindəki hərbçiləri ilə bağlı Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətindən ayrıca hesabat təqdim edildi. Kursk vilayətində artıq 11 min Şimali Koreya əsgəri var. Biz Şimali Koreyalıların sayında artım görürük, ancaq tərəfdaşlarımızın reaksiyasında artım görmürük”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Rusiya KXDR hərbçilərinin Rusiyaya göndərilməsini inkar etməməklə yanaşı, onların Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarına cəlb edilməsi planlarını da şərh etmir.
Xatırladaq ki, Qərb ölkələri Şimali Koreya hərbçilərinin iştirakını münaqişənin ciddi şəkildə eskalasiyası hesab edirlər.