"Uğurlu nəticələr üçün əlimizdən gələni etdik"

İDMAN 05 noyabr 2024, 08:55
Uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni etdik.

Demokrat.az xəbər verir ki, bunu Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov jurnalistlərə açıqlamasında deyib.

“Yarış çox yaxşı keçdi. İki gümüş, bir qızıl medal qazandım. Federasiya rəhbərliyinə diqqət və qayğıya görə təşəkkür edirəm.

Rəqiblərim çox güclü idi. Lakin buna baxmayaraq üç medal qazandım. Qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşacağıq”, - R.Alməmmədov deyib.

Qeyd edək ki, Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası oktyabrın 26-dan noyabrın 3-dək keçirilmiş ağırlıqqaldırma üzrə gənclər və U23 arasında Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb.

O cümlədən R.Alməmmədov, Ömər Cavadov qızıl medal qazanıblar. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top