"Xəzəryanı ölkələrin əməkdaşlıq mühitində Azərbaycanın rolu danılmazdır" — Politoloq

GÜNDƏM 01 noyabr 2024, 14:53
“Xəzər dövlətləri arasında sıx əməkdaşlıq mühiti mövcuddur. Bu əməkdaşlığın gücləndirilməsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət günümüzdə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Əvvəllər mövcud olan problemlər demək olar ki, həllini tapıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. Z.Əmrəliyev bildirib ki, Xəzərin Azərbaycan sektoru təbii sərvətlərlə zəngindir:

“Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlarda və Xəzəryanı dövlətlər arasında əlaqələrin güclədirilməsində ölkəmiz mühüm fəaliyyətlər həyata keçirib. Bu gün də bu fəaliyyət davam edir. Zaman-zaman Xəzəryanı dövlətlərin liderlərinin, xarici işlər nazirlərinin sammitlərində Azərbaycan təkliflərlə çıxış edir. Xəzərin ekoloji vəziyyətinin normallaşması, çirklənmənin qarşısının alınması Azərbaycan üçün önəmli məsələdir”.

Ekspert COP29 tədbiri çərçivəsində bu məsələlərin də müzakirə olunacağını düşünür:

“COP29-da Xəzəryanı dövlətlərin başçıları da iştirak edəcəklər. Xəzərlə bağlı mühüm qərarlar qəbul oluna bilər. Rusiya xarici işlər nazirinin Xəzəryanı ölkələrin münasibətləri ilə bağlı söylədiyi fikirlər doğrudur. Azərbaycanın bu məsələdə rolu kifayət qədər böyükdür. Xüsusilə Azərbaycan Xəzəryanı ölkələrlə ticarət əlaqələrinə, Xəzərin ekoloji mühitinin qorunmasına önəm verir. Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər son dövrlər yüksək səviyyədə inkişaf edib. Xəzəryanı ölkələrin əməkdaşlıq mühitində Azərbaycanın rolu danılmazdır. Bunu ölkə başçıları da hər zaman öz çıxışlarında qeyd edirlər”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov II Beynəlxalq Xəzər Rəqəmsal Forumunun iştirakçılarına videomüraciətində bildirib ki, Xəzər regionu dövlətlərinin birgə işi Avrasiyada sabitliyin təmin olunmasına töhfə verir. O qeyd edib ki, Xəzər regionu ticari-iqtisadi, nəqliyyat-tranzit, ekoloji, elmi, humanitar və digər sahələrdə çox böyük inkişaf potensialına malikdir.  

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top