Ermənistanda təqaüddə olan hərbçilər hərbi xidmətə qaytarılacaq

REGİON 01 noyabr 2024, 12:13
Oktyabrın 31-də Ermənistan parlamenti qanunvericilik dəyişikliklərini ikinci və yekun oxunuşda təsdiqləyib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Dəyişikliklərə əsasən, təqaüddə olan erməni zabitlər uzunmüddətli pensiyalarını saxlayaraq, xidmətə qayıda bilərlər.

77 erməni deputat dəyişikliyin lehinə səs verib.

Ermənistan müdafiə naziri Suren Papikyanın sözlərinə görə, layihə sərhəd hərbi hissələrində və xüsusi təyinatlı hərbi hissələrdə xidmət etmək üçün ixtisaslı kadrların cəlb edilməsinə yönəlib.

Papikyan qeyd edib ki, əsas kadr çatışmazlığı taqım, bölük və tabor komandirləri səviyyəsində müşahidə olunur. (Ordu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top