XİN İspaniyaya başsağlığı verib

XARİCİ SİYASƏT 30 oktyabr 2024, 15:19
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daşqın nəticəsində həyatını itirənlərlə bağlı İspaniya hökumətinə başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların həyatını itirməsi və fəsadlar bizi dərindən kədərləndirir. Təbii fəlakətlə əlaqədar həlak olanların ailələrinə, eləcə də İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top