"Faizlərin yüksək olmasının əsas səbəbi riskli kreditlərdir" — AÇIQLAMA

GÜNDƏM 29 oktyabr 2024, 18:25
Banklardan əhaliyə təqdim olunan vəsaitin faiz dərəcələri olduqca yüksək hesab olunur. Məbləği az vəsaitlə 24-36 aya böldükdə isə az qala kredit verilən vəsait qədər faiz gəlir. Banklar bu məsələni müxtəlif əsaslarla izah etsələr də, faizlərin yüksək olduğu reallığını dəyişdirmir. 

İqtisadçı ekspert Ruslan Atakişiyev Demokrat.az-a açıqlama verib: 

"Azərbaycanda faiz dərəcələri yüksəkdir. Xüsusilə, istehlak kreditləri ilə bağlı faiz dərəcələri olduqca yüksəkdir. Əhali ilə bağlı olan kreditlərə nəzər yetirdikdə görürük ki, onların əksəriyyəti istehlak kreditidir. İstehlak kreditləri ümumi iqtisadiyyata qoyulan kreditlər içərisində 40%-ə yaxın yer tutmaqdadır. Faizlərin yüksək olmasını bir sıra səbəblərlə əsaslandırırlar".

Ekspert bildirib ki, əsas səbəb riskli kreditlərin olmasıdır. Banklar yüksək faiz tətbiq etməklə digər riskli kreditləri həll edirlər:

"Həmçinin riskli ödəmə qabiliyyəti olan müştərilər var. Həmin faizlər riskli müştərilərdən yaranan ziyanın qaldırılması üçün istifadə olunur". 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top