Bakıda "Prosport Cup" Açıq Çempionatı keçirilib.
Demokrat.az xəbər verir ki, 7-ci dəfə təşkil olunan yarışa ümumilikdə 150-dən çox gimnast qatılıb.
Yarışda qalib və yer tutan idmançılar diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Ümumilikdə "ProSport" klubunun təsisçiləri, beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli ilə Samirə Səlimzadə təşkilatçılığı ilə baş tutub.
"Sevindirici haldır ki, ölkəmizdə gimnastikaya həvəs artmaqdadır.
Ölkənin I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban xanım Əliyevanın sayəsində bu idman növü öz inkişaf dövrünü yaşayır. Biz də öz növbəmizdə sahədə əlimizdən gələni etməyə, gimnastikanın kütləviləşməsində kömək etməyə çalışırıq.
Düşünürəm ki, bu cür yarışlar gənc və yeniyetmə idmançıları böyük arenalar üçün motivasiya yaradır. Bu yaxında bizim gimnastlarımız Dubayda keçiriləcək Beynəlxalq turnirə yollanacaq.
Xatırladaq ki, “Pro Sport” İdman Klubunun gimnastları daha əvvəl Gürcüstanda keçirilən “Venera Cup” turnirində uğurla çıxış edərək 49 qızıl, 8 gümüş və 5 bürünc medal qazanıblar. Əlavə edək ki, budəfəki “Pro Sport Cup” yarışında fərqlənən idmançılara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.