Qəbələdə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

HADİSƏ 27 oktyabr 2024, 11:49
Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, oktyabrın 27-də saat 08:00-da Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində VAZ-2115 markalı avtomobil yolun kənarında dayanan "Ford" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində VAZ-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin, 35 yaşlı Rusif Kərimov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top