“McDonald's”da zəhərlənmə: 49 nəfər xəstəxanaya yerləşdirildi, ölən var

DÜNYA 23 oktyabr 2024, 12:35
ABŞ-da "McDonald's" fast food şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri  bildiriblər ki, 10 ştatda ən azı 49 nəfər xəstələnib, halların əksəriyyəti Kolorado və Nebraskada baş verib.

İnsanların əksəriyyəti zəhərlənmədən  əvvəl McDonald's hamburgeri yediklərini bildiriblər.

Səhiyyə orqanları hələ ki, epidemiyaya səbəb ola biləcək xüsusi tərkib hissəsini müəyyən edə bilməyiblər.

İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top