İsrailin Sinvarın cəsədindən necə istifadə edəcəyi açıqlanıb

DÜNYA 19 oktyabr 2024, 15:18
Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın cəsədi İsrail tərəfindən girovların azad edilməsi üçün “sövdələşmə predmeti” kimi istifadə edilə bilər.

Demokrat.az
xəbər verir ki, bu barədə CNN İsrail mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, girovların dəyişdirilməsi Sinvarın cəsədinin Qəzzaya qaytarmağın yeganə yoludur. 

Oktyabrın 17-də DNT testi HƏMAS qruplaşmasının liderinin ölümünü təsdiqləyib . 

Sinvarın kimliyini müəyyən etmək onun daha əvvəl İsraildə həbsdə olması faktı ilə baş tutub. İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, onun məhv edilməsi İsrailin düşmənlərinə açıq bir mesajdır.

Avqustda Qəzza zolağında qrupa rəhbərlik edən Yəhya Sinvar Həmas Siyasi Bürosunun rəhbəri təyin edilmişdi.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top