"Qalatasaray" bu futbolçusundan 40 milyon avro qazanacaq

İDMAN 19 oktyabr 2024, 13:13
"Qalatasaray"ın İngiltərənin "Norvç" klubundan 18 milyon avroya aldığı Qabriel Sara qısa zamanda özündən söz etdirməyi bacarıb.

Demokrat.az
xəbər verir ki, sərgiləndiyi oyunla azarkeşlərin sevimlisinə çevirilən braziliyalı artıq indidən böyük klubların maraq dairəsinə düşüb.

"Milliyet"in xəbərinə görə, klub rəhbəriyinin Saradan gözləntisi çoxdur. İddiaya görə, 5 illik müqaviləsi olan 25 yaşlı futbolçuya klub rəhbərliyi 40 milyon avro qiymət qoyub.

"Saranı alanda çox tənqid edildik. Amma artıq 8 nömrə mövqeyində problemimiz yoxdur və bu şəkildə davam edərsə, astronomik rəqəmlərə satılacaq. O, hətta Braziliya millisinə də çağırıla bilər. Saradan ən azı 40 milyon avro gəlir gözləyiril", deyə adı açıqlanmayan klub rəsmisi bildirib.

Qeyd edək ki, Qabriel Sara ötən mövsüm "Norviç"lə Şampionşipdə 53 oyuna çıxaraq 14 qol vurub və 13 məhsuldar ötürmə edib. O, "Qalataaray"da 11 oyunda forma geyinib. Bu matçlarda 2 qol vurub və 3 qol ötürməsi verib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top