Premyer Liqada günün oyunları

İDMAN 19 oktyabr 2024, 09:26

Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.

Demokrat.az xəbər verir ki, əvvəlcə "Şamaxı" öz stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda, saat 15:30-da keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.

"Səbail" komandası səfərdə "Neftçi"nin qonağı olacaq. "Neftçi" Arena"da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. "Səbail" 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir.

Azərbaycan Premyer Liqası

II dövrə, X tur

19 oktyabr

15:30. “Şamaxı” – “Araz-Naxçıvan”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev;

VAR: Nicat İsmayıllı;

AVAR: Akif Əmirəli;

Hakim-inspektor: Feyzulla Feyzullayev;

AFFA nümayəndəsi: Elgiz Abbasov;

Şamaxı şəhər stadionu.

18:00. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov;

VAR: Əliyar Ağayev;

AVAR: Zeynal Zeynalov;

Hakim-inspektor: Orxan Məmmədov;

AFFA nümayəndəsi: Seymur Səlimli;

“Neftçi Arena”.

Qeyd edək ki, turun ötən gün "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi 5:0 hesabı ilə qələbə qazanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top