Netanyahunun iqamətgahına PUA hücumu oldu

DÜNYA 19 oktyabr 2024, 23:06
Livanın “Hizbullah” hərəkatı pilotsuz uçuş aparatı ilə İsrail Baş naziri Benyamin Netanyahunun sahilyanı Qeysəriyyə şəhərində yerləşən iqamətgahına hücum edib.

Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) bu gün səhər saatlarında Livandan atılan üç PUA-nın ikisinin ələ keçirildiyini, birinin Qeysəriyyə şəhəri yaxınlığındakı binaya dəydiyini bildirib.

“PUA Baş nazirin Qeysəriyyədəki iqamətgahına doğru buraxılıb. Baş nazir və həyat yoldaşı iqamətgahda olmayıb. Hadisə nəticəsində ölən və ya yaralanan yoxdur”, - məlumatda qeyd edilib.

Hazırda hadisənin baş vermə şəraiti araşdırılır.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top