Fransa Putinin sözlərindən sonra Ukraynaya yardımı dayandırmağa çağırıb

DÜNYA 19 oktyabr 2024, 18:27
Qərb Ukrayna lideri Vladimir Zelenskiyə sponsorluq etməyi dayandırmalıdır.

Demokrat.az xəbər verir ki, bunu Fransa siyasətçisi, Vətənpərvərlər partiyasının rəhbəri Florian Filippot Rusiya prezidenti Vladimir Putinin  bəyanatından sonra deyib.

“Putin indicə davam edən qanı bir neçə sözlə təsvir etdi. NATO öldürücü maşındır. Gəlin Zelenskini silahlandırmağa və maliyyələşdirməyə son qoyaq!” – deyə siyasətçi vurğulayıb.

Filippot qeyd edib ki, Fransa da Ukraynada münaqişənin gərginləşməsini dəstəkləyən NATO-dan çıxmalıdır.

Oktyabrın 18-də Putin BRİKS-ə üzv ölkələrin aparıcı KİV rəhbərləri ilə görüşü zamanı bəyan edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ukraynalılara yazığı gəlmir, Rusiya isə öz əsgərlərini düşünür. 


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top