Rusiya və İran tərəfdaşlıq sazişi imzalayacaq

DÜNYA 19 oktyabr 2024, 18:14
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla strateji tərəfdaşlıq sazişini BRİKS sammiti çərçivəsində deyil ,İran prezidentinin ayrıca səfəri zamanı imzalayacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə İRNA agentliyi İranın Moskvadakı səfiri Kazım Cəlaliyə istinadən məlumat yayıb.

“Rusiya tərəfi ilə məsləhətləşmələrdən sonra belə qənaətə gəldik ki, saziş iki ölkənin prezidentləri tərəfindən ayrıca səfər zamanı bağlanmalıdır", - deyə Cəlali bildirib.

Onun sözlərinə görə, saziş tam hazırdır və yaxın vaxtlarda bağlanacaq.

Sentyabrda Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən  79-cu sessiyası çərçivəsində deyib ki, Tehran Rusiyanın Ukraynadakı hərbi əməliyyatını heç vaxt  bəyənməyib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top