Rusiyada hamilə qadınlar patriarxdan məktub alacaqlar

DÜNYA 19 oktyabr 2024, 15:23
Rusiyanın 16 regionunda antenatal klinikalarda olan hamilə qadınlara Moskva və Bütün Rusiyanın Patriarxı Kirildən uşaq dünyaya gəlməsinə dəstək məktubu veriləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə RİA Novosti “Salam, ana!” layihəsinin rəhbərinə istinadən məlumat yayıb.

Dövlət antenatal klinikalarında hamilə qadınlara ilk qəbulda yardım qovluğu verilir. Qovluqda rayon rəhbərinin və yerli metropoliten rəhbərinin təbrik məktubu, eləcə də hamilə qadınlar üçün göstərilən dəstək növlərini təsvir edən buklet olur. 

Növbəti ayda hamilə qadınlar eyni qovluqda Patriarx Kirilldən fərdi məktub da almağa başlayacaqlar.

“İndi siz Allahın böyük möcüzəsinin baş verdiyi xüsusi bir vaxtı yaşayırsınız: yeni bir insan dünyaya gəlməyə hazırlaşır. Həyatınızdakı bu taleyüklü hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm”, - deyə məktubda deyilir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top