Bakıda Avropa çempionatı başa çatır

İDMAN 19 oktyabr 2024, 11:56
Bu gün Bakıda "TeamGym" üzrə Avropa çempionatı başa çatır.

Demokrat.az xəbər verir ki, Milli Gimnastika Arenasında böyüklərin finalları keçiriləcək.

Kişilər, qadınlar və qarışıq komandalar arasında qaliblər müəyyənləşəcək.

Yarışda Azərbaycanı təsnifat mərhələsində yeddinci yeri tutan və finalın bir addımlığında qalan kişilərdən ibarət komanda təmsil edib.

Qeyd edək ki, “TeamGym” Avropa Gimnastikasının populyarlaşdığı komanda yarışıdır. O, üç alətdə çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq treki və batut (mini batut).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top