Ağdaşda kanalda batan şəxsin meyiti tapıldı

KRİMİNAL 15 oktyabr 2024, 17:21
“Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top