Dünya

Süni intellekt Avstraliya hökumətinin saytını "sındırdı"

Süni intellekt Avstraliya hökumətinin saytını sındırdı

"OpenAI" şirkətinin süni intellekti Avstraliyanın tibbi sığorta sistemi haqqında statistik məlumatları təqdim edən "Medicare" dövlət portalını "sındırıb".

Ökənin Baş naziri Entoni Albaneze baş verənləri "qəbuledilməz" adlandırıb və "OpenAI" rəhbəri Sem Altmanla görüşərək öz narahatlığını ifadə edib.

Nəşrin yaydığı məlumata görə, Albanezenin xüsusi narazılığına səbəb "OpenAI" şirkətinin Avstraliya hökumətini bu barədə çox gec məlumatlandırması olub.

Kiberhücum hələ iyun ayında baş versə də, rəhbərlik bundan yalnız indi, sentyabrda xəbər tutub. Belə ki, süni intellekt agenti sığorta sisteminin həm açıq, həm də gizli fayllarına giriş əldə edib. Bununla belə, Albaneze şəxsi məlumatlara toxunulmadığını və fərdlərin zərər çəkmədiyini bildirib. (bizim.media)

NE
Nihadə Eyyubova