Aydın Kərimov: "Şuşada bu günə kimi 20-yə yaxın tarixi abidə tam bərpa olunub"

GÜNDƏM 12 oktyabr 2024, 18:59

"Şuşa üç ildən artıqdır ki, bərpa olunur, yenidən qurulur. O cümlədən Şuşada bu günə kimi 20-yə yaxın tarixi abidəmiz tam bərpa edilib".

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Bu gün Şuşada 10-dan artıq ölkəni təmsil edən memarların, beynəlxalq ekspertlərin iştirakı ilə "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpoziumun keçirildiyini vurğulayan xüsusi nümayəndə qeyd edib ki, qonaqlar islam memarlığının gözəl nümunəsi olan Şuşa şəhərinin memarlıq irsi ilə, onun qorunub-saxlanması istiqamətində aparılan işlərlə də tanış olublar.

Qeyd edək ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, ICESCO-nun dəstəyi ilə Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium işə başlayıb. Simpozium Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planı çərçivəsində keçirilir. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top