Nərimanovda “şou” göstərmək istəyən sürücü avtobus zolağına girdi — VİDEO

SOSİAL 11 oktyabr 2024, 15:52

Paytaxtın Nərimanov rayonu qayda pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Demokrat.az bildirir ki, Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl rayonun Əhməd Rəcəbli küçəsində qeydə alınıb. Hərəkətdə olan 77-BU-334 dövlət nömrə nişanlı “Mercedes CLS500” markalı avtomobilin sürücüsü ardıcıl olaraq manevr qaydalarını pozub. Belə ki, o, zolaqları arası keçid edərək hərəkətdə olan digər nəqliyyat vasitələrini ötüb. “Şou” göstərən sürücü  sonda ən sağ zolağa keçid edib və avtobus zolağına daxil olub.

Qeyd edək ki, sürücünün törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə nizamlanır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top