Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

SOSİAL 11 oktyabr 2024, 13:12
Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 14:37
11 oktyabr 2024, 14:34
Top