Xaricdən 9 manata alınan bal marketlərdə 37 manata satılır — QİYMƏTLƏR

SOSİAL 11 oktyabr 2024, 14:04
Bu ilin avqust ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində satılan idxal təbii balın bir kiloqramının orta qiyməti 37,17 manat olub.

Demokrat.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,41 manat bahadır. 2023-cü ilin avqust ayında idxal təbii balın marketlərdəki satış qiyməti 34,76 manat idi. 

Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 92,71 ton miqdarında 496,99 min ABŞ dolları dəyərində təbii bal gətirilib. Xaricdən alınan təbii balın bir kiloqramının orta gömrük dəyəri 5,36 ABŞ dolları (9,11 manat) olub.

Azərbaycana təbii bal gətirilən ölkələr ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: (Valyuta.az )

  •  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 14:37
11 oktyabr 2024, 14:34
Top